Avtomobildə gizlədilən mobil telefonlar və kəsici alətlər aşkar edilib - VİDEO

Gündəm 20 Avqust 2018 11:34 Oxunub 891
 Avtomobildə gizlədilən mobil telefonlar və kəsici alətlər aşkar edilib - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Xaçmaz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatına əsasən, idarənin "Xanoba" gömrük postunda sərhəd xidmətinin əməkdaşları ilə birgə Rusiya Federasiyasından gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Mercedes Benz Sprinter" markalı avtomobilə gömrük baxışı keçirilib. DGK Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, yoxlama zamanı, həmin nəqliyyat vasitəsindən 17 ədəd "İphone" X markalı mobil telefonlar, ümumi uzunluğu 23,8 sm olan bıçaq və qatlanan bıçaqlı 1 ədəd beşbarmaq aşkar olunub Faktla bağlı araşdırma aparılır.

Namiq

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh