Evdən 5000 dollar və 10000 manat dəyərində qızıl oğurlanıb

Gündəm 20 Avqust 2018 12:00 Oxunub 1117
Evdən 5000 dollar və 10000 manat dəyərində qızıl oğurlanıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Qurban Məhərrəmov saxlanılıb

Bakıda evdən külli miqdarda pul və qızıl oğurlanıb. Avtosfer.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Belə ki, Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 3400 manat, 5000 ABŞ dolları, 90000 Pakistan rupisi və 10000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Qurban Məhərrəmov saxlanılıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh