Ötən həftə Bakıda yol qəzalarında 4 nəfər ölüb

Qəzalar 20 Avqust 2018 13:01 Oxunub 977
Ötən həftə Bakıda yol qəzalarında 4 nəfər ölüb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Əvvəlki həftə ilə müqayisədə ötən həftə 4 yol qəzası, 1 ölüm faktı, 7 xəsarət azalıb

Ötən həftə Bakı şəhəri üzrə 21 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Avtosfer.az xəbər verir ki, bu barədə Trend-ə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin Yol hərəkətinin təhlükəsizliyinin təbliği və İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib. V.Əsədov bildirib ki, yol-nəqliyyat hadisələri nəticəsində 4 nəfər ölüb, 33 nəfər isə müxəlif xəsarətlər alıb. Bölmə rəisinin sözlərinə görə, əvvəlki həftə ilə müqayisədə ötən həftə 4 yol qəzası, 1 ölüm faktı, 7 xəsarət azalıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh