Ermənistanda hərbiçilər qəzaya düşüb

Qəzalar 20 Avqust 2018 13:59 Oxunub 534
Ermənistanda hərbiçilər qəzaya düşüb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ermənistan müdafiə nazirliyi faktla bağlı rəsmi açıqlama verməyib

Ermənistanda hərbçilərin iştirakı ilə avtomobil qəzası baş verib. Avtosfer.az ordu.az-a istinadən xəbər verir ki, avqustun 20-də gecə saatlarında Ermənistanın Berd-Çəmbərək yolunda 23 yaşlı Q.M-nin idarə etdiyi Vaz-2106 markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq, 200 m məsafəyədək sürüşərək dərəyə yuvarlanıb. Xilasetmə qrupu gələnədək vətəndaşların yardımı ilə sərnişinlər, 36 yaşlı L.B və 49 yaşlı M.Ş avtomobildən çıxarılıb. Yaralılardan 36 yaşlı L.B Berd tibb müəssisəsinə, sürücü 23 yaşlı Q.M və digər sərnişin 49 yaşlı M.Ş Berd rayonundakı hərbi hospitala təxliyyə ediliblər. Həkimlər onların vəziyyətini sabit olaraq qiymətləndiriblər. Xilasetmə qrupu isə avtomobildən sərnişin 62 yaşlı S.B-nin çıxarılmasını təşkil edib və Berd tibb müəssisəsinə təxliyyə ediblər. Həkimlər onun vəziyyətini ağır olaraq qiymətləndiriblər. Ermənistan müdafiə nazirliyi faktla bağlı rəsmi açıqlama verməyib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh