Rusiya helikopter daşıyan gəmi inşa etməyəcək

Gündəm 20 Avqust 2018 14:05 Oxunub 663
Rusiya helikopter daşıyan gəmi inşa etməyəcək
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Söhbət helikopter meydanı olan aviadaşıyıcı kreyserdən, həmçinin vertolyotların desantları düşürtməsi üçün şəraiti olan desant gəmilərindən gedir”

Rusiya Hərbi Dəniz Donanması üçün helikopter daşıyan gəmi inşa etməyəcək. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, bu barədə "İnterfaks"a müsahibəsində sənaye və ticarət naziri Denis Manturov bildirib. Rusiyada Hərbi Dəniz Donanması üçün təyyarə daşıyan gəminin tikintisinə gəlincə, o qeyd edib ki, hazırda həmin məsələ müzakirə mərhələsindədir: “Lakin əminliklə deyə bilərəm ki, vertolyot daşıyan gəmi inşa olunmayacaq”. Bununla belə, D.Manturovun sözlərinə görə, Rusiya Hərbi Dəniz Donanmasının tərkibində helikopter daşıya bilən gəmilər olmalıdır: “Söhbət helikopter meydanı olan aviadaşıyıcı kreyserdən, həmçinin vertolyotların desantları düşürtməsi üçün şəraiti olan desant gəmilərindən gedir”.

2016-cı ilin iyulunda bildirilirdi ki, Rusiya Hərbi Dəniz Donanması əvvəllər Fransadan sifariş olunmuş helikopter daşıyan “Mistral” kimi, universal desant gəmisinin inşası ilə bağlı texniki tapşırıq alıb. 2016-cı ilin yanvarında Rusiya Hərbi Dəniz Donanmasının Gəmiqayırma idarəsinin rəisi Vladimr Tryapicnikov qeyd etmişdi ki, belə bir gəminin hazırlanması 2018-ci ildən tez başlaya bilməz. Xatırladaq ki, 2011-ci ildə Rusiya ilə Fransa arasında “Mistiral” kimi iki helikopter daşıyan gəminin – “Vladivostok” və “Sevostopol”un inşası ilə bağlı 1.2 milyardlıq müqavilə imzalanmışdı. 2015-ci ildə Ukraynadakı vəziyyətə görə müqavilə ləğv edildi.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh