Ermənilər Tbilisidə qəzaya düşdü – 8 yaralı

Qəzalar 20 Avqust 2018 14:26 Oxunub 704
Ermənilər Tbilisidə qəzaya düşdü – 8 yaralı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yaralanan ermənilərdən biri 7 yaşlı uşaqdır

Gürcüstanın paytaxtı Tbilisidə ötən gecə baş verən ağır yol qəzasında Ermənistanın 8 vətəndaşı ciddi xəsarət alıb. Avtosfer.az azvision.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, gecə saat 02:58 radələrində Tbilisinin “Pravaya Naberejnaya” küçəsində “Mercedes Minivan” və “Mercedes CLK” markalı iki avtomobil toqquşub. Nəticədə “Mercedes Minivan”da olan 8 erməni ağır xəsarət alaraq Tbilisidəki 5 müxtəlif xəstəxanaya yerləşdiriliblər. Yaralanan ermənilərdən biri 7 yaşlı uşaqdır. “Mercedes CLK” markalı avtomobilin sürücüsü isə Gürcüstanın 46 yaşlı vətəndaşı Oleq Omarovdur.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh