Tarif Şurasından Aİ 92 benzinlə bağlı RƏSMİ AÇIQLAMA

Gündəm 20 Avqust 2018 14:45 Oxunub 1513
Tarif Şurasından Aİ 92 benzinlə bağlı RƏSMİ AÇIQLAMA
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Aİ 92 markalı benzin ilə bağlı qiymət dəyişikliyi yoxdur”

Sosial şəbəkələrdə və bəzi mətbu orqanlarda SOCAR-ın yanacaqdoldurma məntəqələrində Aİ 92 markalı benzinin bir litrinin 1 manata satıldığı barədə məlumat yayılıb. Avtosfer.az xəbər verir ki, Tarif Şurası yenicag.az-a açıqlamasında yayılan məlumatların həqiqəti əks etdirmədiyini bildirib: “Aİ 92 markalı benzin ilə bağlı qiymət dəyişikliyi yoxdur. Yayılan xəbərlər həqiqəti əks etdirmir. Yaxın günlərdə də Aİ 92 markalı benzinin qiymət artımı ilə bağlı müzakirə nəzərdə tutulmayıb.” Qeyd edək ki, avqustun 19-da axşam saatlarında Azərbaycanda “Premium Euro-95” və “Super Euro-98” markalı yanacağın qiyməti qalxıb. Yeni tariflərə əsasən, “Premium Euro-95”in satış qiyməti 1,50 manat, “Super Euro-98” markalı benzinin qiyməti isə 1,60 manat olub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh