Şəkidə DYP istirahət mərkəzlərinə üz tutdu – FOTO

Yol polisi 20 Avqust 2018 15:12 Oxunub 2216
Şəkidə DYP istirahət mərkəzlərinə üz tutdu – FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Maarifləndirici görüşlər keçirilir

Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin təbliğat və təşviqar üzrə inspektoru, polis baş leytenantı Tural Niftalıyev iyul-avqust aylarında Şəki şəhərinin istirahət mərkəzlərində maarifləndirici tədbirlər keçirib. Avtosfer.az xəbər verir ki, istirahət mərkəzlərinin rəhbərləri və ya icarədarları ilə aparılan söhbətlər zamanı bildirilib ki, sürücülər tərəfindən nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə edilməsi yol-nəqliyyat hadisələrinin baş verməsinə birbaşa zəmin yaradır. Eləcə də qəzaların ağırlıq dərəcəsinin artmasına səbəb olur. Ona görə də, istirahət mərkəzlərinin rəhbərləri baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə Dövlət Yol Polisinə yaxından köməklik göstərilməsi üçün öz töhfələrini verməlidirlər.

Tural Nifatlıyev, istirahət mərkəzlərinin rəhbərləri ilə söhbət apararkən, onlara öz işçilərinə qonaqlara və ya turistlərə spirtli içki qəbul edərək avtomobil idarə etməməyi tövsiyyə edilməsini tapşırmalarını, lazım gəldikdə isə ayıq sürücü ilə təmin olunmasına köməklik göstərilməsinin zərurililiyini qeyd edib.

 

Elmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh