Bakıda 108 sərxoş sürücü tutuldu - DYP

Qaydalar 21 Avqust 2018 00:55 Oxunub 2525
Bakıda 108 sərxoş sürücü tutuldu - DYP
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ötən həftə ərzində 13 mindən artıq inzibati protokol tərtib olunub

Ötən həftə Bakı şəhərində yollarda təhlükəsizliyin təmin edilməsi ilə bağlı yol polisi əməkdaşları tərəfindən xidmət aparılan zaman 108 sərxoş sürücü aşkarlanıb. Avtosfer.az xəbər verir ki, bu barədə Trend-ə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin Yol hərəkətinin təhlükəsizliyinin təbliği və İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib. O əlavə edib ki, polisin qanuni tələbini yerinə yetirməyən, yəni saxlama işarəsinə əməl etməyən 51 sürücü, işıqforun qadağanedici işarəsində hərəkət edən 907 sürücü, sərnişindaşıma qaydalarını pozan 273 sürücü, yolayrıcının keçmə qaydasını pozan 4219 sürücü aşkarlanıb.

Bölmə rəisi vurğulayıb ki, ümumilikdə ötən həftə ərzində 13 mindən artıq inzibati protokol tərtib olunub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh