Texniki baxışdan keçməyən 122 sürücü cərimələnib

Yol polisi 21 Avqust 2018 15:16 Oxunub 1956
Texniki baxışdan keçməyən 122 sürücü cərimələnib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Minik avtomobilləri 1 may - 31 iyul tarixləri aralığında texniki baxışdan keçməli idi

Bakı şəhərində təyin edilmiş müddət ərzində avtomobilini texniki baxışdan keçirməyən 122 sürücü ilə bağlı inzibati protokol tərtib edilib. Avtosfer.az xəbrə verir ki, bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin Yol hərəkətinin təhlükəsizliyinin təbliği və İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib. Qeyd edək ki, minik avtomobilləri 1 may - 31 iyul tarixləri aralığında texniki baxışdan keçməli idi. Qanunvericiliyə əsasən, minik avtomobilləri istehsal olunduğu vaxtdan hesablanmaqla 5-ci, 7-ci, 9-cu, 11-ci ildə və bundan sonrakı müddətdə hər il texniki baxışdan keçirilməlidir. Texniki baxışdan keçməməyə görə fiziki şəxslər 50 manat, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər isə 300 manat məbləğində cərimə olunur.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh