Texniki baxış bitdikdə bu müddət ərzində cərimə yazıla bilməz - QANUN

Öyrənək 21 Avqust 2018 19:02 Oxunub 11378
Texniki baxış bitdikdə bu müddət ərzində cərimə yazıla bilməz - QANUN
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur

Avtomobilinizdə texniki baxış müddəti başa çatdığı zaman sürücüyə 20 gün müddətinə cərimə yazıla bilməz.

Press.az xəbər verir ki, son zamanlar sürücülərə texniki baxışın bitməsinə görə 50 azn məbləğində cərimə yazılır. Lakin qanunla texniki baxışın bitməsindən 20 gün müddətində sürücüyə heç bir məbləğdə cərimə nəzərdə tutulmayıb.

Bu "Yol hərəkəti haqqında qanun"-nun 30 cu maddəsində qeyd olunub:

Növbəti texniki baxışın keçiriləcəyi gün müəyyən edilərkən bu maddənin VI hissəsində nəzərdə tutulmuş müddətlər əvvəlki texniki baxışın keçirildiyi gündən hesablanır. Nəqliyyat vasitəsinin növbəti texniki baxışının keçiriləcəyi gündən 20 gün ərzində texniki baxışdan keçirilməməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh