"Ford" 4 minə yaxın avtomobili geri çağırıb

Avtoxəbər 22 Avqust 2018 13:22 Oxunub 1438
"Ford" 4 minə yaxın avtomobili geri çağırıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu avtomobillərdə təmir işləri avtomobil sahibləri üçün ödənişsiz həyata keçiriləcək

"Ford" Rusiyada 4 minə yaxın avtomobili geri çağırıb. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, geri çağırılma Rusiyada 2011-ci ildən 2016-cı ilədək satılmış "Focus", "C-Max", "Mondeo" və "Kuga" modellərinə şamil olunur. Məlumatda qeyd olunur ki, qərar mufta diskində aşkar olunan qüsurlarla əlaqədardır. Bu qüsurun avtomobilin hərəkət sürətinin azalmasına və bəzi xüsusiyyətlərinin zəifləməsinə səbəb ola biləcəyi deyilir. Qeyd edək ki, bu avtomobillərdə təmir işləri avtomobil sahibləri üçün ödənişsiz həyata keçiriləcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh