Çinin avtomobil markası "Tesla"nın rəqibinə çevrilir

Avtoxəbər 23 Avqust 2018 08:48 Oxunub 1875
Çinin avtomobil markası "Tesla"nın rəqibinə çevrilir
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtomobillərin satışına bu ilin iyun ayında başlayıb və iyulun sonuna qədər 17 min ədəd maşın satıb

Çinin elektrik enerjisi ilə işləyən avtomobil istehsalçısı "Nio" bu sahədə ABŞ-ın "Tesla" şirkətinin rəqibinə çevrilməkdədir.  Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hazırda "Nio" markalı avtombillər "Tesla" ilə müqayisədə 2 dəfə ucuzdur. Üstəlik, Çin şirkəti müştərilərinə "Tesla"da olan imkanları təqdim edir. Bunlar süni intellekt və enerjinin sürətli yığılmasıdır. Xatırladaq ki, "Nio" elektrik enerjisi ilə işləyən avtomobillərin satışına bu ilin iyun ayında başlayıb və iyulun sonuna qədər 17 min ədəd maşın satıb. Hazırda çinlilərin məqsədi ABŞ-ın Nyu-York şəhərində satışa başlamaq və 1,8 mlrd. dollarlıq satış həyata keçirməkdir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh