Bərdədə 3 avtomobil toqquşdu - "011" iki yerə parçalandı - Yaralılar var - FOTO

Avtosfer Foto 24 Avqust 2018 00:43 Oxunub 1931
Bərdədə 3 avtomobil toqquşdu - "011" iki yerə parçalandı - Yaralılar var - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"VAZ-21011" markalı avtomobillə "Mercedes" və "VAZ-21-099" toqquşub

Bərdədə yol qəzasında xəsarət alan şəxslərin şəxsiyyəti məlum olub. Bərdə rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, yol qəzası zamanı dörd nəfər müxtəlif bədən xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Bunlar Bərdə rayon sakinləri, "VAZ" markalı avtomobilin sürücüsü Orxan Süleymanov, və sərnişin 23 yaşlı Nərgiz Məmmədova və digər avtomobillərin sürücüləri, Elman Cəfərov, Akif Məmmədovdur. Yaralı qadının bədənində və ayağında sınıq və əzik xəsarətləri olduğu üçün xəstəxananın Travmatologiya Şöbəsinə yerləşdirilib, vəziyyəti orta ağırdır. Digər yaralılar isə ilkin tibbi yardım aldıqdan sonra ambulator müalicə üçün evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

 

***18:46

 

Bərdə rayonunda zəncirvari avtomobil qəzası baş verib, xəsarət alanlar var. "Report"un verdiyi məlumata görə, hadisə rayonun Cəyirli kəndində qeydə alınıb. Hərəkətdə olan "VAZ-21011" markalı avtomobillə Mercedes və "VAZ-21-099" markalı avtomobillər bir birinə deyib. Qəza zamani "VAZ-21011" markalı avtobilin sürücüsü və 2 sərnişini müxtəlif bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Onların kimlikləri dəqiqləşdirilir.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh