Şamaxıda ağır qəza: 2 nəfər xəsarət alıb

Avtoxəbər 24 Avqust 2018 08:33 Oxunub 1384
Şamaxıda ağır qəza: 2 nəfər xəsarət alıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı Şamaxı rayon Polis Şöbəsində araşdırma aparılır

Şamaxı rayonunda avto qəza nəticəsində 2 nəfər ağır xəsarət alıb.

"Report"un Şirvan bürosunun məlumatına görə, hadisə axşam saatların Şamaxı Pirqulu yolunda qeydsə alınıb. Şamaxı rayon sakini, 1965-ci il təvəllüdlü Zərbəliyev Arif Qasım oğlu idarə etdiyi "KİA" markalı 90-ZB-227 dövlət nomrə nişanlı minik maşını ilə Şamaxı istiqamətində hərəkətdə olan zaman idarə etmə itirib və maşin yoldan çıxaraq aşıb. Qəza nəticəsində sürücü və onun sərnişini, 1983-cü il təvəllüdlü Manafova Samirə Mürşüd qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar dərhal əraziyə çağrılmış təcili yardım briqadası tərəfindən Şamaxı rayon Mərəzi xəstəxanasına gətirilərək Cərrahiyyə şöbəsinə yerləşdirilib.

Qeyd edək ki sürücü xəstəxanada həkim müayinəsindən keçirilən zaman içkili olduğu məlum olub.

Faktla bağlı Şamaxı rayon Polis Şöbəsində araşdırma aparılır.

O.Ə.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh