Piyada keçidlərində çatışmazlıqlar aradan qaldırılıb – FOTO

Yeniliklər 24 Avqust 2018 13:52 Oxunub 1694
Piyada keçidlərində çatışmazlıqlar aradan qaldırılıb – FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Zəruri olan yerdə yenilərinin təşkil edilməsi davamlı olaraq aparılır”

“2017-ci ildə piyada keçidlərinin vəziyyəti ilə bağlı aparılan təhlillər nəticəsində aşkar edilən çatışmazlıqlar artıq aradan qaldırılıb”. Avtosfer.az xəbər verir ki, bu, Bakı Nəqliyyat Agentliyinin (BNA) məlumatında qeyd edilib. Məlumata görə, müxtəlif küçə və prospektlərdəki standartlara uyğun olmayan eyni səviyyəli piyada keçidləri yenidən normal qaydada piyadaların istifadəsinə verilib. “Bəzi ünvanlarda piyadaların təhlükəsizliyi məqsədi ilə keçidlərə yeni elementlər əlavə edilib. Panduslar və dəmir məhəccərlər quraşdırılıb. Piyada təhlükəsizliyinin vacib elementlərindən olan eyni səviyyəli piyada keçidlərinin standartlara uyğunlaşdırılması, zəruri olan yerdə yenilərinin təşkil edilməsi davamlı olaraq aparılır”,- BNA-nın məlumatında bildirilib.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh