İş adamı lüks yaxta ilə çimərliyə gəldi, pulsuz dönər və ayran payladı - FOTO

Maraqlı 24 Avqust 2018 19:09 Oxunub 2079
İş adamı lüks yaxta ilə çimərliyə gəldi, pulsuz dönər və ayran payladı  - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ötən il də Qurban bayramında oxşar xeyriyyəçilik əməli ilə gündəmə gəlmişdi

Şəxsi yaxtası ilə Bodruma gələn Türkiyənin tanınmış iş adamı Qurban bayramı ilə əlaqədar ictimai çimərlikdə dincələn əhaliyə pulsuz dönər, ayran və uşaqlara qarğıdalı paylayıb.

Avtosfer.Az virtualaz.org-a istinadən xəbər verir ki, adını açıqlamayan bu şəxsin daha əvvəl də xeyriyyəçilik əməlləri ilə gündəmə gələn Sezgin Baran Korkmaz olduğu məlum olub. Bodrumun Cənnət Koyu ərazisinə özünün 46 metrlik  "Queen Anne" adlı yaxtası ilə gələn biznesmenin turizm, dərman, daşınmaz əmlak və avtomobil ehtiyat hissəsləri sektoruna yatırımlar etdiyi bildirilir.

Pulsuz lahmacun paylandığını görən əhali dəniz kefini bir kənara qoyub, təxminən min ədəd lahmacun camaata 5 dəqiqə ərzində paylanılıb. Uşaqlara isə qızardılmış  qarğıdalı hədiyyə edən iş adamı özü də çimərlikdə istirahət edən insanlarla söhbətləşib, bayramlarını təbrik edib. Sonra isə ailəsi ilə birlikdə çimərliyi səssiszcə tərk edib.

KİV-in yazdığına görə, S. Korkmaz ötən il də Qurban bayramında oxşar xeyriyyəçilik əməli ilə gündəmə gəlmişdi. O, bayram öncəsi İstanbulda yerləşən məhəllə bazarlarından birində bütün piştaxtaları satın alaraq göyərti və meyvə satan insanlara paylayıb.

 

O.Ə.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh