Sakinlər: “Yadplanetlilər” kəndə hücum edib – Cəlilabadda nə baş verir? - VİDEO

Maraqlı 25 Avqust 2018 09:51 Oxunub 2452
Sakinlər: “Yadplanetlilər” kəndə hücum edib – Cəlilabadda nə baş verir? - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Kəndin mollasının yanına gedərək duaların yazdırdığı qeyd edilir

Cəlilabad rayonunda müəmmalı oğruları meydana çıxdığı bildirilir. Onların davamlı şəkildə Alar kəndində yerləşən yaşayış evlərinə daxil olduğu söylənilir. İşin maraqlı tərəfi isə oğrular soyğun etmədən mənzillərə ziyan vururlar. Minval.info xəbər verir ki, bu barədə rayon sakini jurnalist Səid Qərib məlumat verib. Onun sözlərinə görə, hətta oğruları tutmaq üçün səhərədək mülkiyyətinin keşiyini çəkənlər var. Jurnalist iddia edir ki, kənd sakinlərinin gözləri qarşısında oğruların bir anın içində yox olması söz-söhbətləri gəzir. Bu isə insanlar arasında ajiotaj yaradıb. Nəticədə artıq bəzi sakinlər “”yadplanetlilər” Alar kəndinə hücum çəkiblər” – deyir. Məsələ o qədər şişirdilib ki, bu səbəbdən bəzi şəxslərin kəndin mollasının yanına gedərək duaların yazdırdığı qeyd edilir.

Cəlilabad rayonun hüquq-mühafizə orqanlarından minval.info-ya verilən məlumata görə deyilənlər həqiqəti əks etdirmir: “Əgər burada belə bir hadisə baş versəydi, bizim xəbərimiz olardı”.

 

Orxan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh