Lamborghini tarixinin ən sürətli modeli təqdim ediləcək — FOTOLAR

Avtodünya 25 Avqust 2018 21:28 Oxunub 4040
Lamborghini tarixinin ən sürətli modeli təqdim ediləcək — FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Cəmi 900 ədəd Aventador SVJ modeli istehsal ediləcək

Lamborghini şirkəti seriya modelləri arasında ən ekstremalı olan Aventador SVJ modelini Kaliforniyada təqdim edib. SVJ abbreviaturası Super Veloce və Jota sözlərinin baş hərflərinin birləşməsindən yaranıb.

Məlum olduğu kimi, Super Veloce (italyancadan tərcümədə - super yeyin) indeksi ənənəvi olaraq italyan istehsalçısının «bərkgedən» modelləri üçün istifadə olunur. Jota adı isə keçən əsrin 70-ci illərində Lamborghini şirkətinin test pilotu Bob Uollas tərəfindən inşa edilmiş Miura 400 Jota prototipinə işarə edir.

Aventador SVJ 770 at qüvvəsi və 720 Nm fırlanma anı hasil edən 6,5-litrlik on iki silindrli atmosfer mühərriki ilə təchiz edilir. Yerindən 100 km/saat həddinə superkar 2,8 saniyəyə, 200 km/saat həddinə isə 8,6 saniyəyə sürətlənir. Aventador SVJ modelinin maksimal sürəti 350 km/saatdır. Ekstremal superkar 1525 kiloqram çəkiyə malikdir. Bu da 1,98 kiloqram çəkiyə bir at qüvvəsi düşdüyündən xəbər verir. 

Superkar Aerodinamica Lamborghini Attiva (ALA) aktiv aerodinamika sisteminin ikinci nəsli ilə təchiz edilib. ALA hər iki oxa düşən yerəbasma gücünü 40% artırmağa və aerodinamik müqaviməti 1% azaltmağa imkan verir. 

ALA sisteminin tərkibinə öndə və arxada quraşdırılan xüsusi aktiv çəpərciklər daxildir. Bu çəpərciklər vəziyyətlərini 500 millisaniyədən az müddətə dəyişə bilir.

Yeni aerodinamika alın müqavimətinin və yerəbasma qüvvəsinin səviyyəsini dəyişmək, həmçinin döngələrdə avtomobilin antiqanadının sağ və sol tərəfini müxtəlif şəkildə yükləmək imkanına malikdir. Maksimal sürətdə aerodinamik dayaq 490 kiloqramlıq yerəbasma gücü hasil edir. Bütün bunlarla yanaşı, avtomobilin yeddi pilləli «robotunun» idarəetmə elektronikasının proqramı yenilənmiş, sükan idarəetməsi, tam idarələnən şassi və maqniteroloji amortizatorları yenidən tənzimlənmiş, köndələn dayanıqlılıq stabilizatorunun sərtliyi 50% artırılmışdır. Eyni zamanda, ABS və ESP sistemlərinin rejimi ALA sisteminə uyğunlaşdırılmışdır. Aventador SVJ xüsusi olaraq onun üçün hazırlanmış Pirelli P Zero Corsa şinləri ilə təchiz edilir.

Cəmi 900 ədəd Aventador SVJ modeli istehsal ediləcəkdir. Əlavə olaraq, şirkətin yaradılması tarixinə həsr edilmiş 63 ədəd qara-ağ livreyalı Aventador SVJ 63 versiyası da buraxılacaqdır. (Autograph)

Əli

ŞƏRH YAZ
Ad

E-mail

Şərh