Azərbaycanda qəzada biri uşaq olmaqla 6 nəfər öldü - Adlar- FOTO-VİDEO

Avtosfer Foto 25 Avqust 2018 16:03 Oxunub 2796
Azərbaycanda qəzada biri uşaq olmaqla 6 nəfər öldü - Adlar- FOTO-VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İki qadın, 1 azyaşlı uşaq, 3 kişi olmaqla 6 nəfər hadisə yerində dünyasını dəyişib

Siyəzən rayonunda ağır yol qəzası baş verib. Qara Siyəzən adlı ərazidə “VAZ 2107” markalı 53-BB-675 dövlət nömrə nişanlı avtomobillə “Daewoo” markalı 99-AR-259 dövlət nömrə nişanlı avtomobil toqquşub. Qəza nəticəsində 2 qadın, 1 azyaşlı uşaq, 3 kişi olmaqla 6 nəfər hadisə yerində dünyasını dəyişib, daha 1 uşaq ağır xəsarət alıb. Azyaşlı Siyəzən Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Hadisə yerinə təcili yardım briqadaları və polislər cəlb edilib. Qəzanın hansı səbəbdən baş verdiyi bilinmir.

Faktla bağlı Siyəzən Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, ötən gün də Göyçayda baş vermiş yol qəzası nəticəsində bir ailənin 4 üzvü həlak olub, 7 nəfər isə yaralanıb.

***

Qəzada həlak olan 6 nəfərin meyiti Quba rayon Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin morquna göndərilib.

***

Qəza zamanı dünyasını dəyişən şəxslərdən dördünün kimliyi məlum olub. Bunlar Pirəliyev Məhəmməd Vahid oğlu və Pirəliyev Seymur Gülağa oğludur. Onların əmioğlu olduğu bildirilir. Dünyasını dəyişən S.Pirəliyev Rusiya vətəndaşı olub, o, Siyəzənə qonaq gəlibmiş. Hadisə nəticəsində xəsarət alan 2007-ci il təvəllüdlü Qəhrəmanov Ruslan Rizvan oğlu Səbail rayon Badamdar qəsəbəsinin sakinidir.

***

Hadisə nəticəsində vəfat edən daha 2 nəfərin kimliyi müəyyənləşib. Bunlar Badamdar qəsəbə sakini, 1989-cu il təvəllüdlü Qəhrəmanova Nigar Mirzə qızı və 2009-cu il təvəllüdlü Abdullayev Raul Ravil oğludur.

***

FHN xəbər verir ki, hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri “VAZ” markalı minik avtomobilində sürücü, 1990-cı il təvəllüdlü Məhəmməd Vahid oğlu Güləliyevin, sərnişin, 1990-cı il təvəllüdlü Seymur Gülağa oğlu Güləliyevin və “Daewoo” markalı minik avtomobilində sürücü, 1991-ci il təvəllüdlü Vasif Əjdər oğlu Quliyevin və sərnişin, 1969-cu il təvəllüdlü Aidə Eldar qızı Quliyevanın sıxılmış vəziyyətdə qalmış meyitlərini nəqliyyat vasitələrindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.

 





ŞƏRH YAZ
Ad

E-mail

Şərh