Yol polisi keçmiş səfiri saxladı - Maşını içkili idarə edib - VİDEO

Qaydalar 26 Avqust 2018 01:06 Oxunub 2762
Yol polisi keçmiş səfiri saxladı - Maşını içkili idarə edib - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ona taksi çağırılıb, avtomobili isə cərimə meydançasına göndərilib

Ukraynanın ABŞ-dakı keçmiş səfiri Aleksandr Motsik Kiyevdə Şevçenko meydanında yol patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. “Qafqazinfo” “İnformator”a istinadən xəbər verir ki, eks-səfir əks-istiqamətdə hərəkət eydiyi üçün hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Polislər onun sükan arxasınaa içkili şəkildə əyləşdiyini bildirsələr də, Motsik bunu rədd edib. A.Motsikə hadisə yerində testdən keçmək və tibbi müayinəyə getmək təklif edilib, lakin eks-səfir bunu da qəbul etməyib. Ona taksi çağırılıb, avtomobili isə cərimə meydançasına göndərilib.

Qeyd edək ki, A. Motsik 2010-2015-ci illərdə Ukraynanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri kimi fəaliyyət göstərib. O, bu postda Türkiyə, Polşa və digər ölkələrdə işləyib.

 



ŞƏRH YAZ
Ad

E-mail

Şərh