Naxçıvanda cəmi 496 taksi var

Avtoxəbər 26 Avqust 2018 08:14 Oxunub 2505
Naxçıvanda cəmi 496 taksi var
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Onlardan 234-ü saz vəziyyətdədir

Avqust ayı ərzində muxtar respublikada sərnişindaşıma fəaliyyəti göstərən avtobus və mikroavtobusların texniki müayinəsi keçirilib, 301 avtobus qeydiyyata alınıb. Avtosfer.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidmətində keçirilən tədbirdə bildirilib. Qeyd olunub ki, onlardan 234-ü saz vəziyyətdə olub, 54-nə nasazlıqları aradan qaldırmaq üçün vaxt verilib, 13-ü isə əsaslı təmir üçün dayandırılıb. Diqqətə çatdırılıb ki, muxtar respublikada fəaliyyət göstərən 496 taksidən 200-ü Naxçıvan şəhərində, 70-i Şərur, 60-ı Babək, 23-ü Ordubad, 60-ı Culfa, 26-sı Kəngərli, 27-si Şahbuz, 7-si Sədərək rayonlarında işləyir.

 

Fərid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh