Bakıda sürücülük vəsiqəsi olmadan maşın sürənlərin sayı açıqlandı - DYP

Yol polisi 26 Avqust 2018 01:17 Oxunub 2850
Bakıda sürücülük vəsiqəsi olmadan maşın sürənlərin sayı açıqlandı - DYP
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücülük hüququ olmadan avtomobilin idarə edilməsinə görə 2344 qayda pozuntusu aşkarlanıb

Bakıda sürücülük vəsiqəsi olmadan avtomobilin idarə edilməsi və işıqforun qırmızı işığından keçmə ilə bağlı yol - hərəkəti qaydalarının pozuntularının sayı açıqlanıb. Bu haqda Bakı Şəhəri Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov məlumat verib. Qurum rəsmisi bildirib ki, 2018-ci ilin əvvəlindən avqustun 12-dək Bakı şəhəri üzrə sürücülük hüququ olmadan avtomobilin idarə edilməsinə görə 2344 qayda pozuntusu aşkarlanıb. "Həmçinin bu ilin avqustun 12-dək qeydə alınan pozuntuların 19 min 327-i məhz işıqforu qırmızı işıqda keçmə ilə bağlı olub”-deyə V.Əsədov bildirib.(modern.az)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh