Bu küçədə dayanmaq qadağan edildi – Sürücülər diqqətli olsun - FOTO

Avtoxəbər 26 Avqust 2018 01:24 Oxunub 3617
Bu küçədə dayanmaq qadağan edildi – Sürücülər diqqətli olsun - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Xüsusi hərəkət zolağının üzərindəki parklanma ləvğ edilib

Paytaxtın Füzuli küçəsində ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulan xüsusi hərəkət zolağının üzərində təşkil edilən parklanma ləvğ edilib. Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev Avtosfer.az-a bildirib ki, bununla əlaqədar yolda duracaq yerinin olduğunu bildirən nişan götürülərək “dayanmaq qadağandır” nişanı ilə əvəz edilib.

Qeyd edək ki, şəhər yollarında nəqliyyat şəraitinin yaxşılaşdırılması işləri çərçivəsində parklanma yerlərinin vəziyyəti ilə bağlı təhlillər aparılır. Uyğun olmayan yerlərdə təşkil edilən parklanma yerləri müəyyən edilərək ləvğ edilir. Həmçinin zərurət olan yerdə yenilərinin təşkili istiqamətində zəruri işlər görülür. 

 

Elmin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh