Bakıda klassik avtomobillərin yürüş və sərgisi keçiriləcək

Yarışma 26 Avqust 2018 09:55 Oxunub 2552
Bakıda klassik avtomobillərin yürüş və sərgisi keçiriləcək
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ötən il keçirilən yürüşdə 150-dən çox klassik avtomobil iştirak edib

Bu gün Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilatçılığı ilə növbəti dəfə klassik avtomobillərin yürüş və sərgisi keçiriləcək. Avtosfer.az-ın məlumatına görə, tədbirdə 1980-ci ilədək istehsal olunan klassik avtomobillər iştirak edəcək. Yürüş saat 16:00-da Heydər Əliyev Mərkəzinin qarşısından start götürəcək və Bakının mərkəzi küçələri ilə davam edəcək. Yürüşdən sonra Mərkəzin parkında konsert və əyləncə proqramı təşkil olunacaq. Qeyd edək ki, ötən il keçirilən yürüşdə 150-dən çox klassik avtomobil iştirak edib.

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh