Gədəbəydə “VAZ” ağaca çırpıldı - 2 nəfər öldü
Qaydalar 27 Avqust 2018 00:41 1484 dəfə oxunub
Gədəbəydə “VAZ” ağaca çırpıldı - 2 nəfər öldü
FHN sıxılmış vəziyyətdə qalan meyitləri maşından çıxarıb

Gədəbəy rayonunda yol qəzası baş verib. Avtosfer.az-a FHN-dən verilən məlumata əsasən, rayonun Qaradağlı kəndində “VAZ” markalı minik avtomobili idarəetməni itirərək ağaca çırpılıb. Hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri avtomobildə sıxılmış vəziyyətdə qalmış 2 nəfəri deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.

***

00:17

“Report”un məlumatına görə, "VAZ" markalı avtomobilin idarəetmədən çıxaraq ağaca çırpılması nəticəsində iki nəfər - 2002-ci il təvəllüdlü Zəhmət kənd sakini Əliyev Təbriz Pənah oğlu və 1998-ci il təvəllüdlü Xarxar kənd sakini Abdullayev Samir Teymur oğlu hadisə yerində ölüb. Avtomobildə olan 2001-ci il təvəllüdlü Rəşad Rəhimov isə müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh