Şamaxıda “təcili yardım” qəzaya düşdü - Yaralılar var
Qaydalar 26 Avqust 2018 20:43 1232 dəfə oxunub
Şamaxıda “təcili yardım” qəzaya düşdü - Yaralılar var
Yüksək sürətlə hərəkətdə olarkən qaşısına çıxan minik maşını ilə toqquşub

Bu gün Şamaxı rayonunun Pirqulu kəndinə gedən yolda bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, kəndə xəstə yanına çağrılan "təcili yardım" maşını yüksək sürətlə hərəkətdə olarkən qaşısına çıxan minik maşını ilə toqquşub. Qəza zamanı "təcili yardım" maşınında olan 1985-ci il təvəllüdlü həkim Əliyev Hikmət Seyidməmməd oğlu və 1954-cü il təvəllüdlü feldşer Xəlilov Zahid Hacıməmməd oğlu xəsarət alıb. Onlardan H.Əliyev Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh