Fettel Belçika Qran-prisinin qalibi olub - VIDEO
Yarışma 27 Avqust 2018 09:15 1196 dəfə oxunub
Fettel Belçika Qran-prisinin qalibi olub - VIDEO
"Mercedes"in pilotu Lüis Hemiltonu 11,061 saniyə qabaqlayıb

"Ferrari" komandasının alman pilotu Sebastyan Fettel "Formula-1"in 13-cü mərhələsinin - Belçika Qran-prisinin qalibi olub.

“Report” xəbər verir ki, o, finişə ikinci çatan "Mercedes"in pilotu Lüis Hemiltonu 11,061 saniyə qabaqlayıb.

Mükafatçılar üçlüyünü hollandiyalı Maks Ferstappen ("Red Bull") qapayıb.

Şəxsi hesabda liderliyi Hemilton özündə saxlayıb – 231 xal. Fettel britaniyalı ilə arasındakı xal fərqini 17-yə (214 xal) endirib. Üçlüyü "Ferrari"nin digər pilotu, finlandiyalı Kimi Raykkonen (146 xal) qapayır.

Belçika Qran-prisi. Yekun vəziyyət

1. Fettel (Ferrari)

2. Hemilton (Mercedes)

3. Ferstappen (Red Bull)

4. Bottas (Mercedes)

5. Peres (Force India)

6. Okon (Force India)

7. Qrojan (Haas)

8. Maqnussen (Haas)

9. Qasli (Toro Rosso)

10. Eriksson (Sauber)

Çempionatda vəziyyət:

1. Hemilton — 231

2. Fettel — 214

3. Raykkonen — 146

4. Bottas — 144

5. Ferstappen — 120

6. Rikkyardo — 118

Əli

VIDEO
ŞƏRH YAZ
Ad
E-mail
Şərh