Yol polisi Qubada reyd keçirdi: 30 sürücüyə protokol tərtib edilib - FOTO

Yol polisi 27 Avqust 2018 12:00 Oxunub 1506
Yol polisi Qubada reyd keçirdi: 30 sürücüyə protokol tərtib edilib - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Belə reydlər mütəmadi olaraq davam etdiriləcək

Daxili İşlər Nazirliyi rəhbərliyinin göstərişinə əsasən avtomobil yollarında hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Quba Dövlət Yol Polisi Bölməsi tərəfindən rayon ərazisində reyd keçirilib. DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, yol nəqliyyat hadisələrinin qarşısının alınması, qəzalara səbəb ola biləcək qayda pozuntularının aşkar edilməsi məqsədini daşıyan reyd zamanı sürücülük hüququ olmadan, alkoqollu içki qəbul etmiş vəziyyətdə avtomobil idarə edən, manevr və ötmə qaydalarını kobudcasına pozan, avtomobillərin texniki vəziyyətinə qanundankənar müdaxilə edən sürücülər müəyyən edilərək barələrində müvafiq tədbirlər görülüb. Reyd zamanı 30-a yaxın sürücü barəsində protokol tərtib edilib. Onların arasında avtomobili sərxoş halda idarə edərək özünü və digərlərinin həyatını real təhlükə ilə üz-üzə qoyanlar da olub. Analoji tədbir Siyəzən rayonu ərazisində də keçirilib. Siyəzən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsi tərəfindən rayon ərazisində keçirilən reyd zamanı qayda pozan sürücülərə protokollar tərtib edilib. Yollarda sürücülərin və piyadaların təhlükəsizliyinin təmin olunması məqsədini daşıyan belə reydlər mütəmadi olaraq davam etdiriləcək.

Namiq

https://scontent.fgyd8-1.fna.fbcdn.net/v/t1.0-9/40242527_2106300596253909_1273233137819713536_n.jpg?_nc_cat=0&oh=66469517d379e80d920c4e328b773553&oe=5C02BCC6

https://scontent.fgyd8-1.fna.fbcdn.net/v/t1.0-9/40161771_2106300669587235_1533825867573100544_n.jpg?_nc_cat=0&oh=ff38b203ca5ee525c323c0282067f255&oe=5C04D2C0

https://scontent.fgyd8-1.fna.fbcdn.net/v/t1.0-9/40139762_2106300572920578_6307919606077980672_n.jpg?_nc_cat=0&oh=fb51a1c8c07601384998df1f08ff4543&oe=5BF65AB8

https://scontent.fgyd8-1.fna.fbcdn.net/v/t1.0-9/40117428_2106300732920562_7950090030897168384_n.jpg?_nc_cat=0&oh=2f3f672220634b8c8c87e58e419081a3&oe=5C053872

https://scontent.fgyd8-1.fna.fbcdn.net/v/t1.0-9/40129658_2106300769587225_6458521783908696064_n.jpg?_nc_cat=0&oh=918226eaa8567fb081adc3e9c71b8e31&oe=5C343433

https://scontent.fgyd8-1.fna.fbcdn.net/v/t1.0-9/40118771_2106300809587221_297862793795731456_n.jpg?_nc_cat=0&oh=76fc900c883d526ca2e530184dcdd408&oe=5C381B82

ŞƏRH YAZ
Ad

E-mail

Şərh