Prezidentin kortejində yeni model avtomobil

Avtoxəbər 27 Avqust 2018 16:06 Oxunub 3993
Prezidentin kortejində yeni model avtomobil
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Dizayn işləri artıq bitib. Hazırda digər elementlər üzrə işlər aparılır”

Rusiya dövlətinin birinci simaları üçün avtomobilləri birləşdirən “Kortej” layihəsi yeni krossoverlə yenilənəcək. Avtosfer.az-ın oxu.az-a istinadən məlumatına görə, layihə üzrə iş artıq başlanılıb. Yeni avtomobilin hazırlanması ilə Mərkəzi Avtomobil və Avtomotor elmi-tədqiqat İnstitutu məşğul olur. “Dizayn işləri artıq bitib. Hazırda digər elementlər üzrə işlər aparılır”, - mərkəzin rəhbəri Yuri Çernenko deyib. Onun sözlərinə görə, yeni model əvvəlkilərilə oxşar olacaq. Baza komplektasiyasında beşyerli salon olacaq, istisna deyil ki, gələcəkdə bu yerlərin sayı yeddiyə çatdırılacaq. Qeyd edək ki, “Kortej” layihəsinin ilk avtomobili mayın 7-də prezident Vladimri Putinin inauqurasiya mərasimi zamanı nümayiş etdirilib. Sonradan avtomobilə “Senat-limuzin” adı verilib. Bütün avtomobillər “Aurus” brendi altında buraxılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh