Müşfiq postunda reyd: kobud qayda pozan sürücülər aşkarlandı - VIDEO

Yol polisi 27 Avqust 2018 17:19 Oxunub 2648
Müşfiq postunda reyd: kobud qayda pozan sürücülər aşkarlandı - VIDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücülərlə maarifləndirici söhbətlər aparılıb

Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayı Respublikana ərazisində yol nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə reydlər keçirir. Belə reydlərdən biri də bu gün Müşfiqabad qəsəbəsi ərazisində keçirilib.

Avtosfer.az xəbər verir ki, Yol Patrul Xidməti Alayının 3-cü tağımının ərazisində keçirilən reyd zamanı ötmə-manevr qaydalarının pozulması, yol ayrıcının keçilməsi, nəqliyyat vasitəsinin zolaqlar üzrə düzgün yerləşdirilməməsi, təhlükəsizlik kəmərindən istifadə edilməməməsi, sükan arxasında mobil telefondan istifadə edilməsi və digər bu kimi kobud qayda pozuntularına yol verən sürücülər aşkarlanıb.

Müşfiqabad postunda saxlanılan sürücülərin əksəriyyətinə xəbərdarlıq edilib, onlarla maarifləndirici söhbətlər aparılıb. Baş verə biləcək yol qəzalarının ağırlığı, onların törədə biləcəyi fəsadlar barədə izahat işləri görülüb.

Bəzi sürücülər barəsində isə inzibati protokol tərtib olunub. Bu cür reydlər Respublika ərazisində digər yerlərdə də davam etdirilir.

Orxan Əli

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh