Taksilər videomüşahidə kameraları ilə təchiz olunacaq

Yeniliklər 28 Avqust 2018 17:33 Oxunub 2834
Taksilər videomüşahidə kameraları ilə təchiz olunacaq
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Kameralara yazılan bütün materiallar taksidə quraşdırılmış DVR qurğusunda saxlanacaq

Dubayda bütün taksi avtomobilləri videomüşahidə kameraları ilə təchiz olunacaq. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, bu il oktyabr ayına qədər Əmirlikdəki bütün taksi avtomobillərində videomüşahidə kameraları qoyulacaq. Hazırda Dubayda 11 mindən çox taksi fəaliyyət göstərir. Onlardan təxminən 9 minində təhlükəsizlik tədbiri kimi videomüşahidə kameraları quraşdırılıb. İdarədən verilən məlumata görə, yaxın vaxtlarda bütün taksi avtomobillərində baş verən hadisələrin real vaxt rejimində monitorinqinin keçirilməsi üçün mərkəzləşdirilmiş “ağıllı” sistem yaradılacaq. Kameralara yazılan bütün materiallar taksidə quraşdırılmış DVR qurğusunda saxlanacaq. Yollar və Nəqliyyat İdarəsi bu kameraların köməyi ilə taksi sürücülərinin davranışına nəzarət edəcək, onların sürücülər üçün peşə standartlarına, habelə əxlaq normalarına uyğunluq dərəcəsini yoxlayacaq, bu isə vətəndaşlar tərəfindən şikayətlərin azalmasına səbəb olacaq.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh