Yol polisi Sumqayıtda reyd keçirdi: 50 sürücü saxlanıldı - VIDEO
Avtoreyd 28 Avqust 2018 15:36 1506 dəfə oxunub
Yol polisi Sumqayıtda reyd keçirdi: 50 sürücü saxlanıldı - VIDEO
35 sürücü cərimələnib, 3 avtomobil duracağa yerləşdirilib

Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi məqsədilə Sumqayıt şəhər Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən reyd keçirib. Reyd zamanı avtomobili nasaz idarə edən, ötmə əməliyyatını düzgün yerinə yetirməyən, cərimələri ödəməyən, sənədləri qaydasında olmayan sürücülər aşkar edilib. Tədbirdə həmçinin avtomobildə konstruksiya dəyişikliyi edən, əlavə avadanlıqlar quraşdıran, təhlükəsizlik kəmərindən istifadə etməyən, yükdaşımada qaydalarını pozan, texniki baxışdan keçməyən və digər qayda pozuntularına yol verən sürücülər də saxlanılıb.

Bəzi sürücülərə inzibati qaydada protokol tərtib edilib. Həmçinin yol hərəkəti təhlükəsizliyi barədə maarifləndirmə işləri aparılıb. Yol polisi sürücülərə yola çıxarkən daha diqqətli olmağı tövsiyyə edib.

Ümumilikdə reyd zamanı 50-ə yaxın sürücü saxlanılıb, 35 sürücü barəsində inzibati qaydada protokol tərtib olunub, 3 avtomobil duracağa yerləşdirilib. 

Sumqayıt şəhər Dövlət Yol Polisi Şöbəsindən Avtosfer.az-a bildirilib ki, reydin keçirilməsində əsas məqsəd təhlükəsizliyin təmin olunmasıdır və bu kimi tədbirlər davam etdiriləcək.

 

Orxan Əli

VIDEO
ŞƏRH YAZ
Ad
E-mail
Şərh