DYP bağça uşaqlarını maarifləndirdi - FOTO

Yol polisi 29 Avqust 2018 20:12 Oxunub 2467
DYP bağça uşaqlarını maarifləndirdi - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Şəki şəhəri 22 saylı körpələr evi-uşaq bağçasında keçirilən tədbir

Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis baş leytenantı Tural Münasibət oğlu Niftalıyev uşaqlar gələcəkdə yol hərəkəti qaydalarını daha rahat və asan şəkildə mənimsəsinlər deyə, onlarda indidən küçə hərəkəti qaydalarının öyrənilməsinə həvəs və marağın artırılması məqsədilə rayonun məktəbəqədər təhsil müəssisələrində maarifləndirmə tədbirlərini davam etdirir

Şəki şəhəri 22 saylı körpələr evi-uşaq bağçasında keçirilən tədbirdə, uşaqlara əyani vasitələrdən istifadə etməklə avtomobil, piyada, küçə, yol, səki, svetofor, piyada keçidi və digər anlayışlar barədə ətraflı məlumatlar verilib. Eləcə də, uşaq bağçasının rəhbərliyi, tərbiyəçiləri və tədbirdə iştirak edən valideynlərə tövsiyyə edilib ki, uşaqların məktəblilər tərəfindən bağçalara ötürülməsinə imkan verilməsin. Uşaqlar bağçalara ancaq valideynlər tərəfindən aparılmalıdır. Valideynlər özləri də qaydalara əməl etməlidirlər. Belə ki, uşağı aparan valideyn uşağın əlindən tutmalı, səkilərlə hərəkət etməli, səki yoxdursa küçənin tam kənarı ilə, yollarda isə ehtiyat hissə ilə hərəkət etməlidir. Uşaqlar valideynlərin nəqliyyat axını olmayan tərəfdə olmaqla əlindən tutmalıdırlar. Valideynlər yaxınlaşan nəqliyyatın hərəkətinə qarşı diqqətli olmalıdırlar.

Valideynlərə tövsiyyə olunub ki, azyaşlı uşaqları küçə və yollara nəzarətsiz buraxmasınlar. Velosiped və ya arabacıqlar sürmək üçün, topla oynamaq üçün nəqliyyat olmayan yerlərdən, qapalı ərazilərdən istifadə olunsun.

Dövlət Yol Polisi Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru polis baş leytenantı Tural Niftalıyev, bu cür maarifləndirmə tədbirlərinin rayonun bütün məktəbəqədər təhsil müəssisələrində mütəmadi olaraq davam etdiriləcəyini qeyd edib.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh