Yol qəzasında yaralanmış sürücü xəstəxanada ölüb - Ağcabədidə

Qaydalar 30 Avqust 2018 00:14 Oxunub 2438
Yol qəzasında yaralanmış sürücü xəstəxanada ölüb - Ağcabədidə
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qəzaya səbəb "Hyundai" markalı avtomobilin qarşı tərəfin hərəkət zolağına çıxması olub

Ötən gün Ağcabədi rayonunda baş vermiş yol qəzasında xəsarət almış sürücü bu gün xəstəxanada dünyasını dəyişib. Hadisə Yevlax-Bəhrəmtəpə avtomobil yolunun rayonun Xocavənd kəndindən keçən ərazisində qeydə alınıb. "Hyundai" markalı minik avtomobili ilə "Ford" markalı avtomobilin toqquşması nəticəsində hər iki avtomobilin sürücüsü - Fariz Musayev və Təyyar Bəşirov, habelə sərnişin Məhəmməd Hüseynov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Ağır kəllə-beyin travması alan T.Bəşirov Reanimasiya şöbəsinə yerləşdirilsə də, həkimlər onun həyatını xilas edə bilməyiblər. Hadisə şahidlərinin sözlərinə görə, qəzaya səbəb "Hyundai" markalı avtomobilin qarşı tərəfin hərəkət zolağına çıxması olub.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh