Gəlin maşını ilə miqrant daşınırmış - 11 nəfər

Avtoxəbər 30 Avqust 2018 01:40 Oxunub 2081
Gəlin maşını ilə miqrant daşınırmış - 11 nəfər
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtomobilə baxış zamanı oradan xilasedici jiletlər də aşkarlanıb

Gəlin maşını kimi bəzənən kirayə lüks avtomobillə İstanbuldan Antalyaya qədər gələrək qeyri-qanuni yollarla xaricə qaçmaq istəyən miqrantlar yola bəy və gəlinsiz çıxdıqlarından ələ keçdilər. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, Antalya Jandarma Komandanlığı tərəfindən saxlanılan saxta gəlin maşınında 8 Əfqanıstan və 3 Pakistan vətəndaşının olduğu ortaya çıxıb. Məlumata görə, hadisə dünən axşam saatlarında Antaliyanın Döşəməaltı qəsəbəsində baş verib. Qaçaq yollarla ölkə xaricinə çıxmaq istəyən bu şəxslər avtomobilə əsl toy bəzəyi vurub, bəy və gəlinin adlarının baş hərflərindən tutmuş və üzük şəkillərinə qədər müxtəlif rəngli lentlərlə avtomobili bəzəyiblər. Amma nəzarət məntəqəsindən bəy və gəlinsiz keçmələri şübhə yaratdığından saxlanılıblar.

Saxlanılan şəxslər dindirilmələri üçün polis bölməsinə aparılıblar. Avtomobilə baxış zamanı oradan xilasedici jiletlər də aşkarlanıb.

Saxta gəlin maşının sürücüsü, miqrantların səfərinə təşkilatçılıq edən fələstinli A.İ.M. isə ifadə verdikdən sonra prokurorluğa aparılıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh