"Gözləyirik ki, hadisə baş versin və sonra tədbir görək” - DYP-dən HAQLI İRAD...

Yol polisi 31 Avqust 2018 20:53 Oxunub 1727
"Gözləyirik ki, hadisə baş versin və sonra tədbir görək” - DYP-dən HAQLI İRAD...
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Təhlükəsizliyin təmin edilməsi üçün kommunal sahədə çalışan insanların özünün maariflənməsinə ehtiyac var”

"Bu gün Nobel prospektində gördüm ki, təkərli yol nişanlarından biri yolda unudulub və avtomil tərəfindən vurulub". Son vaxtlar yollarda süpürgəçilərin iş vaxtı təhlükəsizliyini təmin etmək üçün yeni təkərli yol nişanları düzəldilib. Süpürgəçilər ərazidə işləyən zaman yol nişanını süpürdüyü ərazidə yerləşdirərək sürücləri xəbərdar edir ki, yolun bu istiqamətində təmizlik işlərinin getdiyini nəzərə alaraq sürət həddini azaltsınlar. Artıq bir neçə gündür ki, sınaqdan keçirilən bu yol nişanlarının müsbət nəticələri olduğunu süpürgəçilər də qeyd edir. Məsələylə bağlı Moderator.az-a açıqlamasında Bakı şəhəri Dövlət Yol Polisi (BŞDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əəsədov bildirdi ki, bu yol nişanları Yol Hərəkəti Haqqında qanunda olmasa da, görülən tədbirlər alqışa layiqdir: “Kommunal işçilərinin təhlükəsizliyinin təmin edilməsi ilə bu yol nişanları düşünülüb və təbii ki, bu alqışa layiqdir. Sağ olsunlar ki, yolu süpürən qadınların həyatına qayğıyla, diqqətlə yanaşırlar. Amma bu yol nişanları standartın tələblərinə uyğun olmalıdır. Bu formada yol nişanlarının olması qanunda nəzərdə tutulmayıb, amma bunu qanun çərçivəsində etmək üçün bir daha məsləhətləşmək lazımdır. Düşünürəm ki, təhlükəsizliyin təmin edilməsi üçün daha çox komunal sahədə çalışan insanların özünün maariflənməsinə ehtiyac var. Kommunal sahədə çalışan işçilərin təhlükəsizliyinin təmin edilməsi üçün rəhbərliyin təşəbbüsü ilə biz də onlara kifayət qədər sayrışan gödəkcələr payladıq. İnanıram ki, o gödəkcəni düzgün geyən və qanuna riayət edən adamın təhlükəsizliyi təmin olunur. Amma işçilər yolu süpürəndən sonra bu nişanları oradan götürmək lazımdır. Elə olur ki, bu nişanları unudub yollarda qoyurlar və bu da qəzaların baş verməsinə səbəb ola bilər. Bu gün konkret olaraq kommunal işçilərin avtomobillə vurulmasının qarşısının alınması üçün müasir texnikalardan istifadə edilməlidir. Bununla bağlı kompleks tədbirlər görülməlidir. Bu gün Nobel prospektində gördüm ki, təkərli yol nişanlarından biri yolda unudulub və avtomil tərəfindən vurulub. Dərhal məlumat verdim ki, yol nişanını burda kimsə unudub. Bunun ağır nəticələri ola bilər. Ona görə də diqqətli olmalıyıq. Biz həmişə gözləyirik ki, hadisə baş versin və sonra tədbir görək”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh