Hacıqabulda avtomobil maneəyə çırpılıb, sürücü xəsarət alıb

Qaydalar 1 Sentyabr 2018 01:38 Oxunub 1975
Hacıqabulda avtomobil maneəyə çırpılıb, sürücü xəsarət alıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Nissan Sunny" yol kənarındakı maneəyə çırpılıb

Hacıqabul rayonunda yol qəzası baş verib. "Report"un məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun rayonun Qarasu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.  Belə ki, Bakı şəhəri, Pirşağı qəsəbə sakini İlham Gündüzovun idarə etdiyi 90 DZ 654 dövlət qeydiyyat nişanlı "Nissan Sunny" markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı maneəyə çırpılıb. Nəticədə sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Hacıqabul Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh