"Niva" yük maşınına çırpıldı - Yaralı var

Avtoxəbər 1 Sentyabr 2018 01:39 Oxunub 1270
"Niva" yük maşınına çırpıldı - Yaralı var
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Kürdəmirdə yol qəzası baş verib

Kürdəmir rayonunda yol qəzası baş verib. Hadisə Bakı-Qazax avtomobil yolunun rayonun Sığırlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, 90 MU 151 dövlət qeydiyyat nişanlı "Niva" markalı minik avtomobili 99 BX 363 dövlət qeydiyyat nişanlı MAN markalı yük maşınına çırpılıb. Nəticədə "Niva"nın sürücüsü, Bakı şəhəri, Binəqədi rayon sakini Sadiq Əli oğlu Səlimov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

 

"Report'

ŞƏRH YAZ
Ad

E-mail

Şərh