Bakıda piyada keçidlərinin yeri dəyişdirildi - FOTO

Yeniliklər 1 Sentyabr 2018 12:40 Oxunub 1436
Bakıda piyada keçidlərinin yeri dəyişdirildi - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
BNA: “Vətəndaşların müraciəti ilə keçidlər uyğun vəziyyətə gətirilib”

Vətəndaş müraciətləri və Bakı Nəqliyyat Agentliyinin (BNA) mütəxəssislərinin araşdırmaları nəticəsində əvvəlcədən müəyyən edilən yerlərdə yeni eynisəviyyəli piyada keçidləri çəkilib, yararsız hala düşən eynisəviyyəli piyada keçidləri yenilənib, standartlara cavab verməyən eynisəviyyəli piyada keçidlərinin yerləri dəyişdirilərək uyğun vəziyyətə gətirilib. Agentlikdən Avtosfer.az-a verilən məlumata görə, qeyd edilən işlərə Məhəmməd Hadi küçəsi ilə Xudu Məmmədov küçəsinin kəsişməsində, Suraxanı rayonu Bahar qəsəbəsində, Qara Qarayev prospekti kənar yolda, Ayna Sultanova küçəsinin Hüseyn Cavid prospekti ilə kəsişməsində, Xocalı prospekti ilə Sergey Senyuşkin küçəsinin kəsişməsində, Mirzəağa Əliyev küçəsinin Bülbül prospekti ilə kəsişməsində, Mərdanov qardaşları küçəsində və digər ünvanlarda başlanılıb. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Mərhələli şəkildə Bakı şəhərinin ərazisində yerləşən və yararsız hala düşmüş eynisəviyyəli piyada keçidləri yenilənərək, vətəndaşların müraciətləri və mütəxəssislərimizin araşdırmaları nəticəsində məqsədəmüvafiq hesab edilən yerlərdə yeni eynisəviyyəli piyada keçidləri təşkil ediləcək.

 

Emin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh