Yol polisi olmayanda Bakı küçələri bu hala düşür - VİDEO

Yazarlar 1 Sentyabr 2018 13:55 Oxunub 7683
Yol polisi olmayanda Bakı küçələri bu hala düşür - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtobus dayanacaqları zəbt edilib, kim harada istəyir orada dayanır

Bakıda son günlər yol polisi dayanma-durma və parklanma qaydalarını pozan sürücülərə cərimə yazmır. Bundan istifadə edən bəzi sürücülər avtomobili harada və necə gəldi saxlayır. Hətta taksi sürücüləri avtobus dayanacaqlarını boydan-boya zəbt edirlər ki, nəticədə avtobuslar dayanacağa daxil ola bilmir və ikinci cərgədə dayandıqları üçün yollarda sıxlıq yaranır. Təəssüf doğuran hal budur ki, taksi sürücüləri yol polisinin iradından sonra avtomobili dayanacaqdan çıxarsalar da, az sona yenidən ora qayıdırlar. Onlar deyirlər ki, dayanacaqları zəbt edənlər sifarişlə gələn taksi şirkətlərinin sürücüləri olur. Taksi sürücüləri haqlı olaraq bildirirlər ki, taksi duracağını başqa maşınlar zəbt edib. Onlar da məcbur qalıb dayanacağa girirlər. Amma onlara qanunun tələbləri izah olunub, səhv etdikərini etiraf ediblər.

Kukla Teartrinin qarşısında və yolun əks istiqamətində avtobus dayanacağında və yaxınlıqda bahalı, diqqətçəkən nömrəli maşınlar dayanıb.

Avtobus sürücüləri bildiriblər ki, dayanacaqlar zəbt olunduğu üçün məcburən avtobusu ikinci cərgədə saxlayıb sərnişinləri mindirib-düşürürlər. Bu isə olduqca təhlükəlidir.

Avtosfer.az saytı və Bakı şəhər DYPİ-nin nümayəndələri bu halı hər gün Neftçilər prospekti boyunca müşahidə edir. Dünən baş verənləri oxuculara təqdim edirik:

 

Elməddin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh