Azərbaycanda qeyri-adi reyd - Yol polisi turistlə ingilis dilində belə danışdı - VİDEO
Avtoreyd 3 Sentyabr 2018 11:55 8310 dəfə oxunub
Azərbaycanda qeyri-adi reyd - Yol polisi turistlə ingilis dilində belə danışdı - VİDEO
DYP Saray postunda reyd keçirdi

Dünən Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 1-ci tağımının nəzarətində olan stosionar postda (Saray postu) yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, sürücü və sərnişinlər arasında maarifləndirmə işlərinin aparılması məqsədilə reyd keçirilib. Reyd zamanı 30-a yaxın avtomobil saxlanılıb. Onların arasında uzaq məsafələrə sərnişin daşımaqla məşğul olan mikroavtobuslar da olub. YPX əməkdaşları mikroavtobus sürücüləri ilə söhbətlər aparıb, onların tibbi müayinədən keçib-keçmədiyini yoxlayıb, sənədlərinin qaydasında olmasına nəzər yetirilib. Eyni zamanda sərnişinlərdən də sürücü ilə bağlı hər hansı şikayət olub-olmadığı soruşulub. Sərnişinlər sürücülərin nəqliyyat vasitələrini təhlükəsizlik idarə etdiyini bildiriblər. Həmçinin DYP əməkdaşlarının onların qeydinə qalmasını yüksək qiymətləndiriblər.

Reyd zamanı postun ərazisində xarici ölkə vətəndaşlarının idarə etdiyi iki nəqliyyat vasitəsi də saxlanılıb. Onlar da yol polisinin sadəcə sənədləri yoxlaması, hər hansı nöqsan aşkar etmədikdə rahat şəkildə yollarına davam etdiklərini, yolda hər hansı təhlükə ilə üzləşmədiklərini bildiriblər. Reyd zamanı avtomobili sərxoş idarə edən sürücülər də aşkarlanıb. Onlar barəsində müvafiq tədbir görülüb. Həmçinin postun ərazisində olan həkim briqadası bir neçə sürücünü də tibbi müayinədən keçiriblər. Postda xidmət aparan polis serjantı Xankişiyev əcnəbilərlə ingilis dilində tam sərbəst söhbət aparıb, avtomobildəki sərnişinlərin təhlükəsizlik kəmərindən istifadə etməməsini nöqsan kimi bildirib və əcnəbilər üzr istəyərək bu nöqsanı dərhal aradan qaldırıblar. Bu cür maarifləndirmə reydləri digər ərazilərdə də davam edəcək.

 

Elmin

VIDEO
QALEREYA
ŞƏRH YAZ
Ad
E-mail
Şərh