Hamilton Formula 1-in ümumi hesabında liderliyini möhkəmləndirib

Yarışma 3 Sentyabr 2018 13:03 Oxunub 1569
Hamilton Formula 1-in ümumi hesabında liderliyini möhkəmləndirib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İndi britaniyalı pilot Fetteldən (226) 30 xal irəlidədir

“Mercedes”in britaniyalı pilotu Luis Hamilton Formula 1 çempionatının 14-cü mərhələsi çərçivəsində İtaliya Qran-Prisi yürüşünün qalibi olub. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, ikinci yeri Kimi Raykkonen (Ferrari) tutub. Finlandiyalı pilot karyerasında podiuma artıq 100-cü dəfə çıxıb. Üçüncü yerə Finlandiyanın daha bir təmsilçisi Valteri Bottas (“Mercedes”) çıxıb. Şəxsi hesabında ikinci yeri tutan Sebastyan Fettel (Ferrari) birinci dövrədə Hamiltonla toqquşandan sonra bir çox mövqelərini itirərək ikinci onluğun sonuna düşüb, lakin yekunda dördüncü yeri tutub. Ümumi hesabda Hamilton (256) liderliyini möhkəmləndirib. İndi britaniyalı pilot Fetteldən (226) 30 xal irəlidədir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh