Azərbaycan avtomobilləri Ukraynaya ixrac oluna bilər

Avtoxəbər 5 Sentyabr 2018 11:03 Oxunub 1101
Azərbaycan avtomobilləri Ukraynaya ixrac oluna bilər
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu il 1,5 min avtomobilin istehsalı nəzərdə tutulur

Azərbaycan-İran müştərək müəssisəsi olan “Xəzər” avtomobil zavodu istehsal etdiyi avtomobilləri 2019-cu ildə MDB ölkələrinə ixrac etməyi planlaşdırır. Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bunu “AzerMash” avtomobil şirkətinin rəsmi nümayəndəsi Veronika Allahverdiyeva bildirib.  “Khazar” brendi altında avtomobillər 2018-ci ilin mart aytında istehsal olunmağa başlayıb. Artıq 300-də çox avtomobil istehsal olunub. Avtomobil zavodu Neftçala sənaye zonasında yerləşir. Zavodun illik gücü 10 min avtomobildir. Zavodda istehsal olunan bütün avtomobillər Avro-5 standartına uyğundur. Bu il 1,5 min avtomobilin istehsalı nəzərdə tutulur.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh