Binəqədiyə yeni DYP rəisi təyin edildi - Mərdan Əliyev

Yol polisi 5 Sentyabr 2018 11:12 Oxunub 18468
Binəqədiyə yeni DYP rəisi təyin edildi - Mərdan Əliyev
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ramil Usubovun müvafiq əmrinə əsasən Sumqayıtın komandiri rəis oldu

Daxili işlər naziri Ramil Usubov Dövlət Yol Polisinin Binəqədi Rayon Şöbəsinə yeni rəis təyin edib. Avtosfer.az xəbər verir ki, Ramil Usubovun müvafiq əmrinə əsasən polis mayoru Mərdan Əliyev Binəqədi Rayon DYP Şöbəsinə rəis təyin olunub. Sözügedən məlumatı Binəqədi Rayon DYP-dən təsdiqləyiblər.

Qeyd edək ki, Mərdan Əliyev bundan öncə Sumqayıt Şəhər YPX-nin komandiri olub. Daha əvvəl isə Bakı şəhər DYPİ-də tağım komandiri, Səbail rayon DYPŞ-də inzibati təcrübə üzrə baş inspektor işləyib. Mərdan Əliyev DYP sistemində nümunəvi xidmətlərinə görə fərqlənən əməkdaşlardan biri kimi tanınır.

 

Avtosfer.az

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh