Dövlət maşınları hərraca çıxarıldı: Hyundai Sonata 2350 manat - SİYAHI

Avtoxəbər 5 Sentyabr 2018 14:22 Oxunub 3914
Dövlət maşınları hərraca çıxarıldı: Hyundai Sonata 2350 manat - SİYAHI
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hərrac oktyabrın 2-də baş tutacaq

Bir sıra dövlət qurumlarının balanslarındakı nəqliyyat vasitələri satışa çıxarılıb. Əmlak Məsələləri Dövlət Komitəsindən Avtosfer.az-a verilən xəbərə görə, Bakı Şəhər İcra Hakimiyyəti İqtisadiyyat Komitəsinin, Azərbaycan Respublikasnın Mərkəzi Bankının, eləcə də, Azərbaycan Respublikasının Nazirlər Kabineti Aparatının İşlər İdarəsinin balansındakı avtomobillər hərrac yolu ilə satışa çıxarılıb. Hərracda ən ucuz avtomobil  Bakı Şəhər İcra Hakimiyyəti İqtisadiyyat Komitəsinə məxsusdur.

http://avtosfer.az/upload/news/3a9437.jpg

Qeyd edək ki, hərrac oktyabrın 2-də baş tutacaq. Bu arada  Bakı Şəhər İcra Hakimiyyəti İqtisadiyyat Komitəsinin balansındakı nəqliyyat vasitəsi  4-cü dəfə 25% endirimlə, Mərkəzi Bankın, eləcə də  Nazirlər Kabineti Aparatının balansında olan  nəqliyyat vasitələri isə  5-ci dəfə 50% endirimlə təkrar hərraca çıxarılır. 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Əliyev Həzrət 6 Sentyabr 2018 12:45
elə uçurtma xəbərlər yazırsız, kim ala bilir o siyahıda çap olunmuş maşınları. Xəbər olsun deyə yazıb tökürsüz , bizim də vaxtımızı alırsız