“Kamaz” sürücüsü yollarda digər sürücülərə belə ziyan vurur - VİDEO

Xəbərlər 5 Sentyabr 2018 17:02 Oxunub 2046
“Kamaz” sürücüsü yollarda digər sürücülərə belə ziyan vurur - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Taxtalar yola tökülərək digər sürücülərə maneə yaradıb

Oxuculardan biri redaksiyamıza video göndərərək bildirib ki, Binə Atçılıq yolunda hərəkət edən "Kamaz" markalı avtomobilin sürücüsü yükdaşıma qaydalarını kobud şəkildə pozub. 90-CT-626 qeydiyyat nişanlı "Kamaz" markalı avtomobilin sürücüsü tikinti gedən ərazidən taxta tullantılarını avtomobilə yükləyərək yolda hərəkət edib. Hərəkət zamanı taxtalar yola tökülərək digər sürücülərə maneə yaradıb.

“Yol hərəkəti haqqında” Qanunun 57-ci maddəsinin II hissəsində qeyd olunub ki, yükün düşməməsi, hərəkətə mane olmaması üçün sürücü hərəkətə başlamazdan əvvəl və hərəkət vaxtı yükün yerləşdirilməsinə, bağlanmasına və vəziyyətinə nəzarət etməlidir. 

Bundan əlavə yük daşıma qaydasını pozan sürücünü ifşa etmək üçün videoya çəkən sürücünün özü də qaydaları kobud şəkildə pozub. O, nəqliyyat vasitəsinin hərəkəti zamanı telefonu əldə saxlamaqla ondan istifadə edib.

Yük daşıma qaydasını pozan sürücünü-40 manat məbləğində, onu videoya çəkən sürücünü isə 50 manat məbləğində cərimə gözləyir.

 

Təbriz

ŞƏRH YAZ
Ad

E-mail

Şərh