Motosiklet oğruları “isti izlər”lə saxlanıldı - FOTO

Qaydalar 5 Sentyabr 2018 18:07 Oxunub 1657
Motosiklet oğruları “isti izlər”lə saxlanıldı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Dindirilmə zamanı hər üç şəxs törətdikləri cinayəti etiraf ediblər

Sabirabad Rayon Polis Şöbəsi Qaragüney Polis Bölməsinə ərizə ilə  müraciət edən Moranlı  kənd sakini Vüqar Mansurov sentyabrın 4-nə keçən gecə həyətindən   “İJ Planet-3” markalı motosikletinin oğurlandığını bildirib. DİN Mətbuat Xidmətinin Şirvan şəhərində regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində həmin motosikletin Neftçala rayonu ərazisində olduğu müəyyən edilib. Qaragüney PB-nin əməkdaşlarının keçirdikləri təxirəsalınmaz tədbirlər nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Moranlı kənd sakinləri Ramin Talıblı , Əli Əliyev və  Bala Həşimxanlı kənd sakini Yengibar Məstəliyev saxlanılaraq bölməyə gətirilib. Dindirilmə zamanı hər üç şəxs törətdikləri cinayəti etiraf ediblər.

Faktla bağlı Sabirabad RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır. 

 

Emin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh