Yol polisi barədə video yayan gəncdən etiraf: "Səhv etmişəm" - VIDEO

Yol polisi 6 Sentyabr 2018 11:53 Oxunub 4733
Yol polisi barədə video yayan gəncdən etiraf: "Səhv etmişəm" - VIDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Protokol düzgün tərtib olunub"

Bir müddət əvvəl sosial şəbəkələrdə video yayan gənc 99 YP 398 dövlət nömrə nişanlı YPX avtomobilində xidmət aparan əməkdaşın ona səhv olaraq protokol tərtib etdiyini bildirmişdi.

Avtosfer.az xəbər verir ki, həmin gənc yeni video yayaraq bu dəfə tam əksini söyləyib. Bildirib ki, hadisədən sonra o Bakı şəhər Dövlət Yol Polisi İdarəsinə dəvət edilib. İdarənin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov və protokol tərtib edən YPX əməkdaşının iştirakı ilə görüntülərə baxıb. Həqiqətən də qayda pozduğunu görüb. 

Qeyd edək ki, bundan əvvəl o,  yaydığı videoda polis əməkdaşından görüntü tələb etdiyini və təqdim olunmadığını bildirmişdi.

 

Fərid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh