"Siverado" pikapı: 6x6 formulalı ekstremal ofrouder - FOTO

Avtodünya 6 Sentyabr 2018 20:13 Oxunub 2613
"Siverado" pikapı: 6x6 formulalı ekstremal ofrouder - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Frankfurtda keçiriləcək Automechanika sərgisində nümayiş etdiriləcək

Ekstremal yolsuzluq avtomobilinə malik olmaq istəyən Chevrolet Silverado sahiblərinin Çexiyadakı Bureko şirkətinə nəzər salmaqları məsləhətdir. Əvvəlki nəsil Silverado pikapının bazasında inşa edilən Bureko 6x6 onlara belə imkanı yaradacaqdır. Avtomobil 11-15 sentyabr tarixində Frankfurtda keçiriləcək Automechanika sərgisində nümayiş etdiriləcək.

Çex mütəxəssislər avtomobili Hennessey şirkətinin arxa ox tandemi, güc artırma dəsti və xüsusi kuzov panelləri ilə təchiz edərək pikapa yeni xarakteristikalar və görünüş təmin edirlər. Bundan başqa, pikap yük bölümünə, təkər tağlarına və kandarlara vurulmuş Line-X XS0100 müdafiə örtüyünə, həmçinin alətlər qutusuna və yolsuzluq avadanlığına sahib olub.

Bureko 6x6 ofrouderi Hennessey Performance tərəfindən hazırlanmış altı müxtəlif mühərrik ilə təklif edilir. Bu mühərriklərin əsasını gücü 420 at qüvvəli 6,2-litrlik V8 mühərriki təşkil edir. Müştərilər 600 – 1200 at qüvvəsi arasında güc hasil edən mühərrikdən birini seçə bilərlər: bunlar HPE 600, HPE 650, HPE 700, HPE 800, HPE 1000 və HPE 1200 variantlarıdır. 

Bütün modifikasiyalar səkkiz pilləli avtomatik qutu və elektronika idarələnən və özüqapanan differensiala malik olan 6x6 formulalı tam ötürməli çəkiş sistemi ilə təchiz edilir. Pikap 35-düymlük yolsuzluq şinləri ilə təchiz edilmiş 20-düymlük təkər disklərinə və pnevmatik asqı sisteminə malikdirlər.

Ekstremal yolsuzluq imkanlarına malik olmasına baxmayaraq Bureko 6x6 modeli rahatlığı təmin edəcək avadanlıqla da təchiz edilir. Pikapın təchizatına Bose səs sistemi, açarsız giriş, ikizonalı avtomatik klimat-kontrol, səkkiz istiqamətdə elektriklə tənizmlənən ön oturacaqlar və digər sistemlər daxildir. (Autograph)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh